
Bakı. Trend:
İsrail hava qüvvələri Livanın cənub rayonlarına yeni aviazərbə
endirib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin
(IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi “Hizbullah” hərəkatının Livanın
cənubunda yerləşən Hanin rayonundakı terrorçu üzv olub.
Livanın rəsmi xəbər agentliyi olan “NNA” İsrailin Suriya
sərhədindəki nəzarət buraxılış məntəqəsi yaxınlığına hücum etdiyini
yazır. 4 nəfərin həyatını itirdiyi bildirilir.

