
Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
əməliyyatlar keçirilib.
Trend bu barədə
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, əvvəllər də analoji cinayətlərə görə məhkum
olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram
marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov
saxlanılıb. Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq
götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar
davam etdirilir.

