
Bakı. Trend:
“X” sosial şəbəkə platformasının rəhbəri və “xAI”nin təsisçisi,
amerikalı milyarder İlon Mask “Grok” neyron şəbəkəsinin yeni 4.20
versiyasının bu həftə istifadəyə veriləcəyini bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, yeniləmədə mövcud 4.1 versiyası ilə
müqayisədə əhəmiyyətli irəliləyiş olacaq.
Konkret dəyişikliklərlə bağlı təfərrüatlar hələ açıqlanmayıb.
Lakin ehtimal edilir ki, istifadəçiləri cavabların dəqiqliyinin
növbəti artımı, işləmə sürətinin yüksəlməsi və/və ya modelin
funksionallığının genişlənməsi gözləyir.
Qeyd edək ki,”Grok” digər iri süni intellekt modellərinə rəqib
kimi inkişaf etdirilir və “X” platformasına inteqrasiya olunub. O,
“yumor hissi”nin olması və “X”dəki məlumatlara real vaxt rejimində
birbaşa çıxış imkanı ilə fərqlənir. Əsas funksiyaları suallara
cavab vermək, kod yazmaq, təsvirlər yaratmaq və trendləri təhlil
etməkdir.
Bundan əvvəl bildirilmişdi ki, “SpaceX” şirkəti “xAI” tərəfindən
hazırlanmış “Grok” süni intellektinin “Spok” adlanan unikal
modifikasiyasını öz proseslərinə inteqrasiya edib.

