“IT SkillSprint” proqramına 9 universitetdən ümumilikdə 123 tələbə seçilib – İRİA rəsmisi

Baş səhifə

Bakı.Trend:

Dünyada ali təhsil müəssisələri tələbələrə əsasən nəzəri
biliklər verir və bu biliklərin praktik müstəvidə
möhkəmləndirilməsi üçün müxtəlif modellər tətbiq olunur. Bu
modellərdən biri də sənayenin ali təhsil müəssisələrinə
inteqrasiyasıdır.

Trend xəbər
verir ki, bu fikirləri “IT SkillSprint”in açılış mərasimi
çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)
Rəqəmsal səhiyyə xidmətlərinin inkişafı departamentinin müdiri
Vüsalə Qurbanova jurnalistlərə açıqlamasında deyib.

İRİA rəsmisi qeyd edib ki, layihə çərçivəsində 9 universitetdən
ümumilikdə 123 tələbə seçilib. Seçim prosesi müraciətlər əsasında
aparılıb.




“Tələbələr dörd əsas istiqamət üzrə biliklərini artıracaqlar.
Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb
proqramlaşdırma və “DevOps” istiqamətlərini əhatə edir”.

O vurğulayıb ki, məhz bu istiqamətlər hazırda Azərbaycanda
prioritet sahələr hesab olunur və ölkədə kadr hazırlığında əsas
ehtiyac duyulan sektorlardandır:

“Layihənin əsas hədəfi ölkədə İT üzrə kadr potensialının
artırılması və universitetlərdə əldə olunan nəzəri biliklərin
praktik bacarıqlara çevrilməsidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir