Eksternat imtahanlarında 1 282 nəfər uğur qazanıb – BŞTİ

Baş səhifə

Bakı. Trend:

Əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil
səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan
eksternat imtahanlarının ilk mərhələsində hər iki səviyyə üzrə
ümumilikdə 1 282 nəfər müsbət nəticə əldə edib.

Trend xəbər
verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat
yayıb.

Bildirilir ki, nəticələr barədə məlumatlar eksternlərin
qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.




Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən
keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq
ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif
səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura
bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib
müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi
daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir