Beş ildə 836 uşaq övladlığa verilib

Baş səhifə

Bakı. Trend:

Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və
tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Trend xəbər
verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.




Bildirilir ki, ötən dövrdə nazirliyin tabeliyində Sosial
Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan
422 nəfəri oğlan, 414 nəfəri qızdır. Uşaqların övladlığa verildiyi
ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına
çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə
isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan agentliyin
reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq
müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq öz
ailələrinə qaytarılıb. Həmçinin 856 uşağın ailələri tərəfindən
müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz
ailələrində saxlanılması təmin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir