BƏƏ ilə Azərbaycan arasında ətraf mühit sahəsində uzunmüddətli əməkdaşlıq üçün memorandumlar hazırlanır – Səfir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

BƏƏ və Azərbaycan arasında iqlim və ətraf mühit sahəsində
uzunmüddətli əməkdaşlığı təmin etmək üçün müəyyən mexanizmlər və
memorandumlar hazırlanır.

Bunu Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bu gün Bakıda
keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi
masası çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, bu gün BƏƏ və Azərbaycan nümayəndə heyətləri
arasında keçirilən görüş müxtəlif sahələrdə, xüsusilə ərzaq
sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından çox
məhsuldar və faydalı oldu:

“BƏƏ və Azərbaycan şirkətləri arasında təşkil olunan belə görüş
üçün minnətdarlığımızı bildiririk.
Ticarət və innovasiya sahəsində, elecə də ətraf mühit və iqlim
sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur.

Komandalarımız bu istiqamətdə sıx əməkdaşlıq edir və qısa müddət
ərzində yaxşı nəticələr əldə edəcəyik”.

Səfir, eyni zamanda iki ölkə arasında uzunmüddətli strayeji
əməkdaşlıq imkanlarından da bəhs edib:

“Uzunmüddətli strateji əməkdaşlıq barədə isə qeyd etmək istərdik
ki, BƏƏ və Azərbaycan arasında iqlim və ətraf mühit sahəsində
uzunmüddətli əməkdaşlığı təmin etmək üçün müəyyən mexanizmlər və
memorandumlar hazırlanır. Qeyd edək ki, BƏƏ ilə Azərbaycan arasında
hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə artıq 2025-ci
ildə imzalanıb. Bu müqavilə iki ölkə arasında müxtəlif sahələrdə
geniş əməkdaşlıq imkanlarının açılmasına şərait yaradacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir