Bu il BƏƏ nazirlərinin Azərbaycana səfəri gözlənilir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bəzi nazirləri
müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər
edəcəklər.

Bunu BƏƏ-nin Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bu gün Bakıda keçirilən
Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masası
çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli rəsmi
səfərlər davam edir:




“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il
yanvarın 13-də BƏƏ-yə səfər edib. BƏƏ Prezidenti isə 2025-ci il
sentyabr ayında Şuşada, Azərbaycanda olub. 2026-cı il ərzində bəzi
nazirlərimiz müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana
səfər edəcəklər”.

Səfir qeyd edib ki, bu səfərlər investisiya, iqlim və şəhərsalma
sahələrini əhatə edəcək və yüksək səviyyəli, yəni nazir
səviyyəsində olacaq:

“Əgər zərurət yaranarsa, memorandumların imzalanması da
planlaşdırıla bilər. Lakin əsas məqsəd yüksək səviyyəli əməkdaşlıq
və qarşılıqlı görüşlərin keçirilməsidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir