UNEC Dizayn Məktəbində tədris prosesi yeniləndi: PBL modeli tətbiq olunacaq

Baş səhifə

Bakı. Trend:

Yaz semestrindən etibarən UNEC Dizayn Məktəbində tədris prosesi
PBL (Project-Based Learning – Layihə Əsaslı Təhsil) modeli üzrə
təşkil olunacaq.

Yeni modelə uyğun olaraq, ənənəvi müəllim mərkəzli, fənn əsaslı
və imtahan yönümlü qiymətləndirmə sistemi tələbə mərkəzli, layihə
əsaslı strukturla əvəz olunur. Qiymətləndirmə əsasən tələbələrin
semestr ərzində hazırladıqları layihələr, formalaşdırdıqları
portfellər və təqdim etdikləri prototiplər üzərindən
aparılacaq.




PBL yanaşması çərçivəsində tələbələr nəzəri bilikləri ayrı-ayrı
fənlər üzrə deyil, real problemlər və konkret tapşırıqlar üzərində
işləyərək mənimsəyəcəklər. Tədris prosesi komanda işi, araşdırma,
analiz və praktik tətbiq üzərində qurulacaq. Bu model tələbələrin
tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməklə
yanaşı, onların problem həll etmə, təqdimat və əməkdaşlıq
kompetensiyalarını da gücləndirəcək.

UNEC Dizayn Məktəbində tətbiq olunan yeni yanaşma təhsilin
məzmun və məqsəd baxımından yenidən qurulmasını ifadə edir. Layihə
Əsaslı Təhsil modeli tələbələrə məzun olduqları zaman zəngin və
rəqabətqabiliyyətli peşəkar portfel formalaşdırmaq imkanı yaradır.
Real iş mühitinə yaxınlaşdırılmış tədris prosesi onların
situasiyanı dərindən təhlil etmə, real ehtiyacları müəyyənləşdirmə
və həmin ehtiyaclara uyğun yaradıcı, əsaslandırılmış həllər təqdim
etmə bacarıqlarını inkişaf etdirir. Nəticədə məzunlar əmək bazarına
daha hazırlıqlı, praktik təcrübəyə malik və çevik düşünən
mütəxəssislər kimi daxil olurlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir