
Baku. Trend:
1 fevral 2026-ci ilə olan vəziyyətə görə Azərbaycanda 1 682 907
vergi ödəyicisi olub, onlardan 86,8 faizini fiziki şəxslər, 13,2
faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
Trend bu barədə
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir.
Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin sayı 4,9
faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin
sayı isə 6,4 faiz artıb.
2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiya
təşkilatlarının sayı 205 104 təşkil edib ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.
2026-cı ilin yanvar ayında 1 050 kommersiya təşkilatı dövlət
qeydiyyatından keçib. Onların 89,6%-i yerli investisiyalarla,
10,4%-i isə xarici investisiyalarla yaradılıb. Kommersiya
təşkilatlarının 87%-i elektron qaydada qeydiyyatdan keçib. 2026-cı
ilin yanvar ayında yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətlərin elektron qeydiyyatının payı 97,6% olub.
2026-cı il 1 fevral tarixinə qeydiyyatdan keçmiş kommersiya
hüquqi şəxslərin 92,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i
səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və digər təşkilati-hüquqi
formalar üzrə yaradılıb.
1 fevral tarixinə 136 808 kommersiya təşkilatı aktiv statusa
malik olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv
kommersiya təşkilatlarının sayı 7,7% artıb.

