
Bakı. Trend:
13 fevral tarixində “VTB Azərbaycan”ın baş ofisində “Talassemiyasız Həyat” Fonduna dəstək məqsədilə qanvermə aksiyası
keçirildi.
Aksiyada 40 bank işçisi iştirak edərək yüksək sosial məsuliyyət
və vacib sosial təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını nümayiş
etdirdilər. Mütəxəssislərdən ibarət mobil komanda təhlükəsiz, rahat
və mütəşəkkil qanvermə prosesini təmin etdilər.
“Bank VTB” cəmiyyətə fayda verən sosial layihələrdə fəal iştirak
etməyə davam edir.

