
Baku. Trend:
İsveçrənin Valais kantonunda sərnişin qatarının resldən çıxması
nəticəsində azı beş nəfər xəsarət alıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə
orqanları məlumat yayıb.
“Qəza nəticəsində beş nəfər xəsarət alıb. Hadisə zamanı qatarda
29 sərnişin olub”, – məlumatda bildirilir.
Qeyd edilib ki, bir nəfər xəstəxanaya yerləşdirilib, dörd nəfərə
isə hadisə yerində tibbi yardım göstərilib. Baş vermiş hadisənin
dəqiq hallarının müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.
İlkin ehtimala görə, qəza dəmir yolu xətti ərazisində daha əvvəl
baş vermiş qar uçqunu səbəbindən baş verə bilər. Xətt üzrə
qatarların hərəkəti dayandırılıb.

