
Bakı.Trend:
Bakıda yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.
Bildirilir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı
şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında
yerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğın
təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin
nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən
edilib.
Belə ki:
– obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam
quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
– elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və
müvafiq akt tərtib edilməyib;
– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
– obyektin bəzi daxili divarları yanar materiallarla
üzlənilib;
– mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt
təqdim edilməyib;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb;
– obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və
layihə sənədləri təqdim edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında
yerləşən “Yuxa” restoranının fəaliyyətinin dayandırılması barədə
Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə
təqdim edilib.

