Rusiya ordusunda ən çox muzdlu bu ölkələrdəndir – SİYAHI

Baş səhifə

Rusiya Ukrayna cəbhəsində ciddi itkilər verir və itkiləri öz qüvvələri hesabına əvəz etmək qabiliyyətini itirir.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.

Nəşr qeyd edir ki, bu da Hindistan, Pakistan, Nepal, Kuba, Nigeriya, Seneqal və Şimali Koreyadan olan xarici muzdlulara (sayları təxminən 17.000-dir-red) etibarın artmasına səbəb olub.

“Bloomberg”in yazdığına görə, müharibə zamanı Rusiyanın itkiləri 1,2 milyondan çoxdur və cəbhənin bəzi sahələrində hər bir ukraynalı ilə müqayisədə 25-ə qədər rusiyalı hərbçi həlak olur.

Buna baxmayaraq, Rusiya qoşunları ayrı-ayrı şəhərləri nəzarətdə saxlamağa və Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir