
Bakı. Trend:
ABŞ-nin İranla nüvə proqramı üzrə razılaşmaya gəlməsi imkanı
mövcuddur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio
Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında
bildirib.
Rubio hesab edir ki, Birləşmiş Ştatlar İranla Vaşinqtonun
tələblərinə cavab verən sazişi diplomatik yolla bağlaya bilər.
“Düşünürəm ki, İranla narahatlıq doğuran məsələləri nəzərə alan
razılaşmaya diplomatik yolla nail olmaq imkanı mövcuddur”, – deyə
ABŞ diplomatiyasının rəhbəri qeyd edib.

