Azərbaycandan ixrac olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə
1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən
2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 665 milyon ABŞ dolları və ya 34,9 faiz
azalıb, lakin həcm baxımından 818 min ton və ya 23,6 faiz artım
qeydə alınıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici
ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları
həyata keçirib.




Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1,5
milyard ABŞ dolları və ya 30,5 faiz azdır.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ
dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına
düşüb. Son bir il ərzində ixrac 802 milyon ABŞ dolları və ya 26,4
faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.

Nəticədə xarici ticarət 933,6 milyon ABŞ dolları məbləğində
müsbət saldo ilə başa çatıb ki, bu da ötən illə müqayisədə 52,4
milyon ABŞ dolları və ya 5,3 faiz azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir