Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.

Trend-in Qarabağ bürosu xəbər
verir ki, tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə
olub, dərs prosesini izləyib.

İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub,
müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə
bağlı fikir və təkliflərini dinləyib.




Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta
məktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldan
azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının
icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif
otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir
texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya
laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları,
kitabxana və muzey fəaliyyət göstərir.

Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt
zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və
basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə
verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir