İtaliyada qar uçqunu: 3 fransız xizəkçi həlak olub

Baş səhifə

Bakı. Trend:

İtaliyanın şimal-qərbində yerləşən Kurmayer (Valle-Daosta
vilayəti) dağ-xizək kurortunda 29–35 yaşlarında olan üç fransalı
xizəkçi qar uçqunu nəticəsində həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə əvvəllər də uçqun təhlükəsi qeydə alınmış
ərazidə baş verib . Xilasetmə əməliyyatına dağ-xilasetmə xidmətinin
mütəxəssisləri, kinoloji qruplar, həmçinin iki helikopter səfərbər
olunub.




Xizəkçilər bir yarım metr qalınlığında qar təbəqəsi altında
qalıblar. Həkimlər onların həyatını xilas edə bilməyiblər.

Bundan əvvəl yanvar ayında Avstriya ərazisində Alp dağlarında üç
ayrı qar uçqun nəticəsində səkkiz nəfər həlak olmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir