
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla
saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli
Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin
barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı
qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi
keçirilib.
Trend xəbər
verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə
şikayətə baxılıb və qərar qəbul edilib.
Qəbul edilən qərara əsasən, apellyasiya şikayətləri təmin
edilməyib.
Qeyd edək ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli
Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs
qətimkan tədbiri seçilib. Bu il 9 fevralda isə onların barəsində
seçilmiş həbs qətimkan tədbiri daha 4 ay uzadılıb.
Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1
(hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu
zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli
sürülüb.

