
Bakı. Trend:
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Cinayət
Məcəlləsinə dəyişikliklər təqdim edib. Təklif olunan dəyişikliklərə
əsasən, dövlət hakimiyyəti orqanlarına sistemli şəkildə
itaətsizliyə çağırış üç ilədək azadlıqdan məhrumetmə ilə
cəzalandırılacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə düzəlişləri Gürcüstan
parlamentinin hüquq komitəsinin sədri Arçil Qorduladze təqdim
edib.
Qorduladze parlamentin hüquq komitəsinin iclasında “Qrantlar
haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Həmin qanun
layihəsinə əsasən, Gürcüstanda iğtişaşların maliyyələşdirilməsinin
dolayı yollarının qarşısı alınacaq.
“Əfsuslar olsun ki, reallıq belədir ki, Konstitusiyanı,
konstitusiya quruluşunu sistemli şəkildə tanımayan şəxslər
mövcuddur. Onlar öz hərəkətləri ilə faktiki olaraq Gürcüstanın
suverenliyinə təhlükə yaradırlar. Eyni zamanda, Gürcüstanda
qərarların gürcü xalqı tərəfindən qəbul edilməsi ilə bağlı
demokratiyanın ən mühüm prinsipini də tanımırlar”, – Qorduladze
iclasda bildirib.

