Naxçıvanın yanvar ayında ÜDM həcmi açıqlandı

Baş səhifə

Baku. Trend:

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 113,8
milyon manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal
olunub.

Trend bu barədə
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə
istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 1,6 faiz çoxdur.

Son bir ildə muxtar respublikada adambaşına düşən ÜDM-in həcmi
1,3% artaraq 240,9 manat təşkil edib.




Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayında
Azərbaycanda 9 milyard 78,7 milyon manat məbləğində ümumi daxili
məhsul istehsal olunub ki, bu da ötən ilin yanvar ayı ilə
müqayisədə 1,7% çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%,
qeyri-neft-qaz sektorunda isə 2,3% artıb.

ÜDM-in istehsal strukturunda 33,9% sənayenin, 11,7% ticarət və
nəqliyyat vasitələrinin təmirinin, 7,8% nəqliyyat və anbar
təsərrüfatının, 3,6% tikintinin, 3,3% kənd, meşə təsərrüfatı və
balıqçılığın, 2,4% turistlərin yerləşdirilməsi və ictimai iaşənin,
2,2% informasiya və rabitə sahəsinin, 23,4% isə digər sahələrin
payına düşüb. Məhsullara və idxala xalis vergilər ÜDM-in 11,7%-ni
təşkil edib.

Adambaşına düşən ÜDM 884,5 manat olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir