Zelenski: Fransada energetika sahəsində “Ramştayn” formatında beynəlxalq görüşlər keçiriləcək

Baş səhifə

Bu həftə Fransada energetika sahəsində “Ramştayn” formatında beynəlxalq görüşlər keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Fransadakı görüşlərdə “Yeddi”lər Qrupunun üzvləri, Şimali Avropa və Baltikyanı tərəfdaşlar, həmçinin ABŞ, Kanada və Avropa İttifaqından olan nazirlər iştirak edəcəklər.

O, əlavə edib ki, Münxendə keçirilən konfransda bəzi tərəfdaşlarla enerji məsələlərini müzakirə ediblər: “Mövcud razılaşmaları yaxın günlərdə həyata keçirmək lazımdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir