
Baku. Trend:
ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin Yerə səfər
etməsi ehtimalını aşağı qiymətləndirib.
Trend xəbər verir
ki, bu barədə o, internetdə yadplanetli həyatın mövcudluğu ilə
bağlı fikirlərinin diqqət çəkməsindən sonra “Instagram” səhifəsində
paylaşım edib.
“Cavabı mümkün qədər qısa verməyə çalışırdım, lakin bu məsələ
diqqət çəkdiyi üçün izah etməyə icazə verin”, – deyə o, amerikalı
podkast aparıcısı Brayan Tayler Koenə verdiyi müsahibədən olan
videonun təsvirində yazıb.
Onun sözlərinə görə, statistik baxımdan Kainat o qədər nəhəngdir
ki, orada həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş
sistemləri arasındakı məsafələr o qədər böyükdür ki,
yadplanetlilərin Yerə səfər etməsi ehtimalı olduqca aşağıdır.

