
Bərdə. Trend:
Bərdə rayonunda ölümlə nəticələnən qəza baş verib.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Birinci Qazaxlar
kəndində qeydə alınıb.
İlkin məlumata görə, “QazEl” markalı yük maşını kənd sakini
1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub.
Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

