Ukrayna bu ölkənin təşəbbüsü ilə 4,4 milyon sursat alıb

Baş səhifə

Bakı. Trend:

Ukraynaya Çexiyanın təşəbbüsü çərçivəsində Qərb dövlətlərinin
hesabına üçüncü ölkələrdən alınmış təxminən 4,4 milyon iri çaplı
sursat göndərilib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, Ukrayna 2024-cü ildə bu təşəbbüs çərçivəsində 1,5
milyon, ötən il isə 1,8 milyon iri çaplı sursat alıb. Təşəbbüsə
təxminən 20 ölkə qoşulub.

Donor ölkələr ümumilikdə 100 milyard kron (təxminən 4,6 milyard
dollar) vəsait toplayıblar. Çexiya bu təşəbbüsün həyata
keçirilməsində əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir