
Bakı. Trend:
“Apple” şirkəti yaxın zamanda ucuz “MacBook” noutbuklarını
təqdim edəcək. Yeni noutbuklar müxtəlif rənglərdə buraxılacaq.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg”in texnologiya eksperti və insayderi Mark
Qurman sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, yeni noutbuklar “Mac” xəttinin bu vaxta
kimi işıq üzü görmüş ən ucuz noutbukları olacaq. Cihazların sarı,
yaşıl, göy, çəhrayı, gümüşü və tünd-boz çeşidləri olacaq.
“Apple”ın ən əlçatan noutbuku13 düymlük displey və “iPhone 18
Pro” və “18 Pro Max” modellərində istifadə olunmuş “A18 Pro”
prosessoru ilə təchiz ediləcək. Qurman ucuz noutbukun plastik
korpusa malik olacağı barədə şayiələri də təkzib edib: onun
sözlərinə görə, model – bütün Mac cihazları kimi alüminium korpusa
sahib olacaq.
Qiyməti barədə rəsmi məlumat olmasa da, nəşrin yazdığına görə
yeni “MacBook”un 699 dollara satılacağı gözlənilir.

