
Bakı. Trend:
Avropa İttifaqı İran və ABŞ arasında Cenevrədə danışıqların
aparılması perspektivini alqışlayıb və bunu nizamlanmanın yeganə
mümkün yolu kimi görüb.
Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü
Ənvər əl-Anuni bildirib.
“Biz, Avropa İttifaqı olaraq, diplomatiyaya şans verilməli
olduğuna əminik. Bundan əlavə, bu məsələnin davamlı həlli yalnız
diplomatik yolla tapıla bilər”, – deyə o brifinq zamanı
bildirib.
O qeyd edib ki, hərbi eskalasiya regional sabitlik üçün çox
ciddi nəticələrə səbəb ola bilər və İranın beynəlxalq
ictimaiyyətin, xüsusən də nüvə məsələləri ilə bağlı
narahatlıqlarına cavab vermək istəyinin səmimiliyini nümayiş
etdirməsinin vaxtıdır.

