PAŞA Kapital-dan investorlara 18% illik gəlir fürsəti!

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı investisiya şirkəti PAŞA Kapital, investorlara
yüksək gəlir qazandıran yeni maliyyə aləti – “INTERNATIONAL” Bank
Olmayan Kredit Təşkilatının 1 milyon AZN həcmində istiqrazlarının
yerləşdirilməsini elan edir.

Vergidən azad, həmçinin rəqabətli faiz dərəcəsi ilə sabit
gəlirli və ümumi sayı 10 000 ədəd olan istiqrazların əsas
xüsusiyyətləri:

  • Nominal dəyər: 100 AZN;
  • İllik Gəlir Faizi: 18%;
  • Faiz ödənişi: Aylıq;
  • Tədavül müddəti: 3 il;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş;
  • Yerləşdirilmə üsulu: Kütləvi / rəqabətli hərrac.

Kapital bazarlarının inkişafında 15 ilə yaxındır ki, öz
töhfəsini verən PAŞA Kapital bu günə qədər “INTERNATIONAL” Bank
Olmayan Kredit Təşkilatının 10 ədəd müxtəlif istiqraz layihələrinin
anderrayteri qismində iştirak edərək investorlara aşağıdakı
imkanları təqdim etmişdir:




  • 4 layihə hər biri 250 000 AZN həcmində, 2 il müddətinə və illik
    15% gəlirlilik;
  • 6 layihə hər biri 1 000 000 AZN həcmində, 3 il müddətinə və
    illik 18% gəlirlilik.

Bu uğurlu istiqraz layihələrinin davamı olaraq, 18% illik gəlir
imkanı təqdim edən yeni istiqrazları əldə etmək istəyən həm fiziki,
həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak
edən PAŞA Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli Çağrı
Mərkəzinə və yaxud
onlayn ticarət platforması
vasitəsilə müraciət edərək,
keçiriləcək hərracda iştirak edə bilərlər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/ saytına daxil ola
bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir