
Bakı. Trend:
“Oskar” mükafatının laureatı, amerikalı aktyor Robert Dyuval 96
yaşında vəfat edib.
Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya kanalı xəbər verib.
Aktyor fevralın 15-də Virciniya ştatının Middlburq şəhərindəki
evində vəfat etdi.
R.Dyuval daha çox Korleone ailəsinin məsləhətçisi və vəkili Tom
Haqen rolunu canlandırdığı “Xaç atası” və “Xaç atası II hissə”
filmlərindəki rolları ilə, həmçinin podpolkovnik Kilgore rolunu
canlandırdığı “Apokalipsis indi” filmindəki rolları ilə
tanınıb.

