
Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka şöbəsinin “Telegram” kanalında
məlumat verilib.
Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatskidən 222 km
məsafədə baş verib. Təkanların episentri 45 km dərinlikdə olub.
İlkin hesablamalara görə, Petropavlovsk-Kamçatskidə baş verən
zəlzələ 3,0 bal gücündə hiss olunub.

