KİV: Amerikalı və hollandiyalı veteranlar F-16-larla Ukrayna səmasını müdafiə etməyə başlayıb

Baş səhifə

Ukraynada ukraynalı, amerikalı və hollandiyalı veteran pilotlardan ibarət F-16 eskadrilyası yaradıb. Onlar Ukrayna səmasını Rusiya raket və dronlarından qorumağa kömək edirlər.

APA xəbər verir ki, bu barədə “Intelligence Online” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, eskadrilya son həftələrdə yeni F-16-ları idarə etmək üçün ciddi məxfilik şəraitində yaradılıb. Bu bölmə daim Rusiya hava hücumlarına məruz qalan Kiyev bölgəsi üzərindəki səmanın qorunmasında xüsusi rol oynayır.

Eskadrilyada Əfqanıstanda geniş döyüş təcrübəsi olan amerikalı pilotlar var.

Eskadrilyaya qoşulan Qərb veteranlarının müvəqqəti müqavilələr imzaladığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir