
ABŞ İranla danışıqlar zamanı bu ölkənin mineral ehtiyatlarına çıxış əldə etmək imkanlarını da müzakirə edə bilər.
APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat verib.
Məlumata görə, oxşar bir məqam artıq Vaşinqton və Tehran arasında 2025-ci ildə keçirilən danışıqlar zamanı da müzakirə olunub.
Bu zaman xüsusilə nüvə sahəsində razılaşmalara əlavə olaraq İran hakimiyyətinin ABŞ-a nadir torpaq metalları, eləcə də neft və qaz daxil olmaqla faydalı qazıntılara çıxış verməsi məsələsi müzakirə olunub.
CNN-in mənbələrinin verdiyi məlumata görə, bu məsələnin yenidən gündəmə gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqların yeni raundunun 17 fevralda Cenevrədə, Omanın vasitəçiliyi ilə keçirilməsi gözlənilir.

