
Avropa Parlamenti təhlükəsizlik problemləri səbəbilə parlament üzvlərinin planşetlərində süni intellekt funksiyalarının istifadəsini bloklayıb.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Euractiv” məlumat verib.
“Avropa Parlamenti təhlükəsizlik problemlərini əsas gətirərək qanunvericilərə təqdim edilən planşetlərdə süni intellekt funksiyalarını deaktiv edib”, – məlumatda deyilir.

