BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış etdi

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək
bildirib ki, yük avtomobillərinin iştirakı ilə baş verən yol
qəzalarının artması ciddi narahatlıq doğurur.

Trend xəbər verir ki, bu barədə BDYPİ-nin yük
avtomobillərinin sürücülərinə çağırışında qeyd olunub.

“Təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindən
yol verilən – sürət həddinin aşılması, ötmə və manevretmə
qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət
zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi
kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına
səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır.

Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz
halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan
arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol
kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin
sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır.




Müşahidələr göstərir ki, avtomagistrallarda baş verən
yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları
səbəbindən baş verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin
sürücülərinə müraciət edərək, onları sadalanan qayda
pozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətlə
yanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük
mədəniyyətinə töhfə verməyə çağırır.

Unutmayaq! Yolda məsuliyyət özümüzün və digər hərəkət
iştirakçılarının təhlükəsizliyi üçün vacibdir”, – deyə
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir