Azərbaycan orqan alverinə qarşı Konvensiyaya qoşulur

Baş səhifə

Bakı. Trend:

Milli Məclis Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı
Konvensiyasını ratifikasiya edəcək.

Trend-in
məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə
daxil edilib.

Belə ki, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı
Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi komitə
iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir