
Bakı.Trend:
Bərdədə yük avtomobili piyadanı vurub.
Trend-in
məlumatına görə, hadisə dünən saat 17:30 radələrində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Elnur Mehdizadə idarə etdiyi
“Qazel” markalı yük avtomobili ilə yaşadığı Bərdə rayonu, 1-ci
Qazaxlar kəndi ərazisində yerləşən kəndarası aralıq yolda sağa
dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib, həmin vaxt
yolun qarşı tərəfdən sağ ehtiyat hissəsində piyada hərəkətdə olan
1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub.
Hadisə nəticəsində piyada Elçin Sadıqov ölüb
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci
maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

