ABŞ-də xokkey matçında atışma – Ölənlər var

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Rod-Aylend ştatında məktəb xokkey matçı zamanı atışma
baş verib. Nəticədə cinayətkar da daxil olmaqla üç nəfər həyatını
itirib, daha üç nəfər isə yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Amerika KİV-i məlumat yayıb.

Bildirilib, hadisə fevralın 16-da yerli vaxtla saat 14:00
radələrində Potaket şəhərində baş verib. Həmin vaxt buz arenasında “Coventry” və “Blackstone Valley” məktəblərinin xokkey komandaları
arasında matçın başlaması planlaşdırılırdı.




İlkin məlumata görə, atəşi açan şəxs də daxil olmaqla iki nəfər
həlak olub, dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Lakin bir
müddət sonra ölənlərin sayının üç nəfərə çatdığı — yaralılardan
birinin xəstəxanada vəfat etdiyi bildirilib. Yaralılardan üçünün
vəziyyəti ağırdır.

KİV-in məlumatına görə, hücum edən şəxsin kimliyi
müəyyənləşdirilib — o, 56 yaşlı Robert Dorqan olub. Ölənlərdən biri
cinayətkarın oğlunun anası, xəstəxanada vəfat edən şəxs isə onun
qohumudur. Polisin bildirdiyinə əsasən, Dorqan hadisədən sonra
özünə qəsd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir