
Ermənistan Baş naziri Nikol Paşinyan və vətəndaş nikahında yaşadığı Anna Akopyan ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə Akopyan öz sosial media hesabında paylaşım edib.
“Sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım bitdi. Sizdən təmkin və nəzakət diləyirəm”, – deyə o, paylaşım yazıb.
Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, cütlük rəsmi nikaha giriblər.
Xatırladaq ki. heç vaxt rəsmi nikaha girməyən cütlüyün 4 övladı var.

