
Bakı.Trend:
Gəncədə beşotaqlı evdə yanğın olub.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.
Bildirilir ki, Gəncə şəhərində ümumi sahəsi 168 m² olan kürsülü,
birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 108 m² sahədə,
bitişik sahəsi 87 m² olan talvarın taxta atmaları və talvarın
altına yığılan 1 ton ot bağlaması yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə
olunub.

