
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 9,032
milyon ABŞ dolları dəyərində 134,2 milyon kubmetr təbii qaz ixrac
olunub.
Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
2024-cü ildə Azərbaycandan sözügedən ölkəyə təbii qaz ixracı
qeydə alınmayıb.
Eyni zamanda ötən il Azərbaycan İrandan 3,987 milyon ABŞ dolları
dəyərində 59,243 milyon kubmetr təbii qaz idxal edib. 2024-cü ildə
isə Azərbaycana İrandan təbii qaz idxalı qeydə alınmayıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan xaricə ümumilikdə 8,821
milyard ABŞ dolları dəyərində 25,187 milyard kubmetr təbii qaz
ixrac edilib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından
isə 584,9 milyon kubmetr və ya 2,3% azdır.
Eyni zamanda 2025-ci ildə Azərbaycana 44,325 milyon ABŞ dolları
dəyərində 319,326 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir
il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,7 milyon
ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 227,5 milyon kubmetr
və yaxud 1,7 dəfə azdır.

