Biləsuvarda altı evdən oğurluq edən şəxs saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Biləsuvar rayonunun ərazisində yerləşən yaşayış evlərindən
birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması
barədə polisə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşlarının həyata keçirdikləri
əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən
40 yaşlı Tacəddin Mansurov saxlanılıb.




Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi
müəyyən olunub.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir