Bu gün İran-ABŞ danışıqları keçiriləcək

Baş səhifə

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb.

Modern.az xəbər verir ki, tərəflər 17 fevralda Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan ABŞ-İran nüvə danışıqlarını müzakirə ediblər.

Qrossi sosial mediada yazıb:

“Cenevrədə keçirilməsi planlaşdırılan vacib danışıqlara hazırlıq məqsədilə İranın xarici işlər naziri Arakçi ilə ətraflı texniki müzakirə apardım”.

Xatırladaq ki, bu gün İran və ABŞ arasında dolayı danışıqlar İsveçrədəki Oman səfirliyində keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir