
Bakı. Trend:
“Azər Türk Bank”a aid ödəniş kartlarındakı qalıq vəsaitlərinə
illik 9%-dək gəlir hesablanacaqdır.
Belə ki, atb debet
kartındakı 1000 AZN-dək qalıq vəsaitinə illik 7%, 30 000 AZN-dək
illik 5,5% gəlir hesablanacaqdır.
atb yeni nəsil əmək
haqqı kartlarının sahibləri 1000 AZN-dək olan qalıq məbləği
üzrə illik 8%, 30 000 AZN-dək illik 5.5% gəlir əldə edəcəklər.
Premium kart müştəriləri
hesablarındakı 3000 AZN-dək qalıq vəsaiti üzrə illik 9%, 100 000
AZN-dək olan hissəsinə illik 6% gəlir qazanacaqlar.
Kampaniya 8 mart 2026-cı il tarixinədək davam edəcək.
Qeyd edək ki, faiz gündəlik hesablanaraq hər ay müştərinin
hesabına əlavə olunur.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770
945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə
bilərsiniz.

