İki boks əfsanəsi bu tarixdə döyüşəcək – Tayson Meyvezerə qarşı

Baş səhifə

Bakı. Trend:

Keçmiş dünya çempionları, amerikalı boksçular Mayk Tayson və
Floyd Meyvezer Konqo Demokratik Respublikasında döyüş
keçirəcəklər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Tayson “X” sosial şəbəkəsindəki
hesabına məlumat verib.

Tədbir aprelin 25-də baş tutacaq.




48 yaşlı Meyvezerin peşəkar boks karyerasında 50 qələbəsi (27-si
nokautla) var və heç vaxt məğlub olmayıb. O, beş çəki dərəcəsində
dünya çempionu olub və 1996-cı il Olimpiya Oyunlarının bürünc
mükafatçısıdır. Meyvezer 2017-ci ildə peşəkar karyerasını başa
vurub.

Peşəkar karyerasını bitirdikdən sonra Meyvezer bir neçə nümayiş
xarakterli döyüş keçirib. O, kikboksçu Tensin Natsukavanı birinci
raundda nokaut edib, bloqer Loqan Pol və Don Mur ilə döyüşləri
heç-heçə başa vurub, MMA döyüşçüsü yapon Mikuru Asakura və bloqer
Oladeji Olatuncini məğlub edib, Aaron Çalmers və Con Qotti ilə
görüşləri isə nəticəsiz qalıb. Bundan başqa, o, iki çəki
dərəcəsində UFC kəmərinin keçmiş sahibi olan irlandiyalı Konor
Makqreqoru boks görüşündə məğlub edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir