Azərbaycan alüminium idxal və ixracını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 17,329 milyon ABŞ dolları
dəyərində 5,4 min ton alüminium və ondan hazırlanan məmulatlar
ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,9 milyon ABŞ
dolları və ya 39,5%, həcm baxımından isə 1,1 min ton və yaxud 25,8%
artıb.




Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan
məmulatların ümumi ixracda xüsusi çəkisi 0,78%, qeyri-neft sektoru
üzrə xüsusi çəkisi isə 6,46% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 10,926
milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan
məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici
ilə müqayisədə dəyər ifadəsində 255 min ABŞ dolları və ya 2,4%
artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir