
Xəbərə video əlavə olunub.
***
11.46
Bakının mərkəzində binada yanğın başlayıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, paytaxtın Səbail rayonunda yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

