Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 93,7 milyon
ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 197,1 min
ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 11,1 milyon dollar (10,6 faiz) azdır, həcm baxımından
isə 12,6 min ton (6,8 faiz) çoxdur.




Ötən ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 104,8 milyon
ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 184,5 min
ton neft və neft məhsulları ixrac olunub.

Hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal etmiş
ölkələrin siyahısında ikinci yeri tutub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə
ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir