
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə
229,4 milyon ABŞ dolları dəyərində 520,2 min ton yük daşınıb.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 23,8 milyon ABŞ dolları və ya 9,4%,
həcm ifadəsində isə 103,8 min ton və ya 16,6% azdır.
Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 52,8
milyon ABŞ dolları dəyərində təqribən 152,3 min ton yük ixrac
olunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə
dəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 14,2%, həcm
ifadəsində isə 46,2 min ton və ya 23,3% azdır.
Bu ilin yanvar ayında Azərbaycana dəmir yolu nəqliyyatı ilə
176,5 milyon ABŞ dolları dəyərində 367,9 min ton yük idxal olunub
ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 15,1 milyon ABŞ dolları və ya 7,9%, həcm ifadəsində isə
57,6 min ton və ya 13,5% azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yük
nəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dolları
dəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımından
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları
və ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8%
azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yük
ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6
milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min ton
və ya 16,3% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələri
üzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində
762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları və
ya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

