
Bakı. Trend:
Dağıstanda güclü külək səbəbindən 60-dan çox yaşayış məntəqəsi
işıqsız qalıb. Ümumilikdə 5500-ə yaxın istehlakçının elektrik
ererjisi təchizatından məhrum olduğu bildirilir.
Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.
İşıqların sönməsinə səbəb yüksək gərginlikli elektrik xətlərində
küləyin təsiri altında qısaqapanmanın baş verməsi olub.
Bərpa işlərinin aparılması üçün 12 nəfər və 4 texnikadan ibarət
4 briqada səfərbər olunub.

