Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində
keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
Adil Əliyevə töhmət verilib.

Trend-in əldə
etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon
ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının
artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi”
vurğulanıb.




Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar
təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra
başçısına irad tutulub.

Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün
çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz
verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir